Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Reuters: Kanada Baş naziri Karni Türkiyəyə səfər edəcək
dünya

Reuters: Kanada Baş naziri Karni Türkiyəyə səfər edəcək

02-10-2026 21:00 17 Views
IMG

Kanada Baş naziri Mark Karni bu ay Türkiyəyə səfər edərək Prezident Rəcəb Tayyib Ərdoğanla görüşməyi planlaşdırır.

 

Reuters-in səfərin hazırlığı ilə tanış mənbələrə istinadən yaydığı məlumata görə, bu, son onilliklər ərzində Kanada baş nazirinin Türkiyəyə ilk ayrıca ikitərəfli səfəri ola bilər.

 

Görüş zamanı iki ölkə arasında azad ticarət sazişi üzrə danışıqların müzakirə ediləcəyi gözlənilir. Sözügedən danışıqlara iyul ayında NATO sammiti çərçivəsində Ankarada rəsmən başlanılıb. Liderlərin enerji və müdafiə sahələrində əməkdaşlığı da müzakirə edəcəyi bildirilir.

 

Qeyd edək ki, bu həftə Kanada və Türkiyənin ticarət nazirləri liderlərin görüşünədək danışıqları sürətləndirmək barədə razılığa gəliblər.

 

Aysel