İsrailin bütün problemləri ölkə xalqı tərəfindən demokratik seçkilər yolu ilə həll edilməlidir.
Bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” Diskussiya Klubunun plenar iclasında çıxışı zamanı bildirib.
“İsrailin problemlərini İsrail xalqı müəyyən etməlidir. Bütün problemləri İsrail xalqı ümumdemokratik seçki prosedurları çərçivəsində həll etməlidir. Məlum olduğu kimi, tezliklə İsraildə Knessetə seçkilər keçiriləcək. İsraildə seçicilər bu məsələ ilə bağlı öz sözlərini deyəcəklər”, – deyə Putin bildirib.
Rusiya Prezidenti həmçinin qeyd edib ki, ABŞ-ın Fələstinlə bağlı siyasəti İsrail tərəfindən müəyyən edilmir. Onun sözlərinə görə, Donald Tramp administrasiyası öz mövqeyini formalaşdırarkən ilk növbədə ABŞ-ın milli maraqlarından çıxış edir.
Putin İranla bağlı da açıqlama verib. O, dünyanın İran xalqının cəsarətinə, qəhrəmanlığına və dözümlülüyünə heyran olduğunu bildirib.
Aysel