Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
siyasət

İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

29-09-2026 14:00 14 Views
IMG

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib.

 

Tvit.az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

 

Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və fəaliyyətində uğurlar arzulayıb.

 

İran Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

 

Telefon danışığı zamanı dövlət başçıları Bişkekdə keçirilmiş son görüşlərini və həmin görüşdə müzakirə olunan məsələləri məmnunluqla xatırlayıblar.

 

Azərbaycan Hökuməti nümayəndə heyətinin hazırda İranda səfərdə olduğu və səfər çərçivəsində ikitərəfli münasibətlərin gündəliyində duran məsələlər üzrə müzakirələrin aparıldığı qeyd edilib.