Almaniyanın xarici işlər naziri Yohan Vadeful bu gün Azərbaycana gələcək.
Bu barədə Tvit.az Almaniya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
O, azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlar aparacaq.
Məlumata görə, səfərin məqsədi Azərbaycanla ikitərəfli münasibətlərin daha da genişləndirilməsidir.