Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Aİ-nin altı Avropa ölkəsi yeni uzunmüddətli büdcəsinə qarşı çıxıb
dünya

Aİ-nin altı Avropa ölkəsi yeni uzunmüddətli büdcəsinə qarşı çıxıb

29-09-2026 11:00 13 Views
IMG

 Avropa ölkələri Almaniya, Niderland, İsveç, Danimarka, Avstriya və Finlyandiya  Aİ-nin növbəti yeddi il üçün yeni büdcəsi ilə bağlı ultimatum irəli sürüb.

 

"Tvit.az" xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Financial Times" qəzeti məlumat yayıb.

 

Qeyd olunur ki, bu ölkələr xərclərin yüzlərlə milyard avro azaldılması təmin olunmayacağı təqdirdə büdcə üzrə razılaşmanın əldə olunmasını bloklamaqla hədələyiblər. 

 

Qeyd olunan ölkələr kənd təsərrüfatı sektorunun və Avropa İttifaqının daha kasıb regionlarının maliyyələşdirilməsini ixtisar edərək vəsaitləri hərbi-sənaye kompleksi və innovativ şirkətlər sahəsinə yönəltmək istəyirlər. Altı dövlətin hakimiyyət orqanları vurğulayır ki, hazırda iqtisadiyyat və təhlükəsizlik sahəsindəki çağırışlara müqavimət göstərmək lazımdır.

 

Aİ-yə üzv ölkələr 2026-cı ilin sonunadək birlikdə 2028-ci ildən 2034-cü ilə qədər qüvvədə olacaq yeni uzunmüddətli büdcənin yekun variantını razılaşdırmalıdırlar. Layihəni cari ilin ikinci yarısında Aİ Şurasında sədrlik edən İrlandiya payızda təqdim etməlidir.

 

Danışıqları xərclərin həcmi və ümumavropa vəsaitlərinin təyinatlı bölgüsü səbəbindən Aİ-nin bəzi ölkələri arasında yaranan mübahisələr mürəkkəbləşdirir.

 

Qeyd edək ki, Avropa İttifaqının büdcəsi blukun yeddi illik dövr üçün xərclərinin həcmini müəyyən edir. Onun təsdiqlənməsi üçün bütün üzvlərin razılığı və Avropa Parlamentinin bəyənməsi tələb olunur. Daha sonra hər bir ölkənin hakimiyyət orqanlarına 2028-ci ildə yeni dövrün başlamasına qədər qanunvericiliyi və proqramları hazırlamaq üçün vaxt lazımdır.

 

Aysel Şirinova