Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Qızıl ucuzlaşmaqda davam edir
sosial

Qızıl ucuzlaşmaqda davam edir

28-09-2026 19:00 13 Views
IMG

Comex" birjasında dekabr ayında tədarük ediləcək qızıl fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 4 150 dollardan aşağı düşüb.

 

Tvit.az xəbər verir ki, bu barədə birjanın ticarət məlumatlarında qeyd olunub.

 

Bakı vaxtı ilə saat 18:47-də qızılın qiyməti 3.98% azalaraq bir troya unsiyası üçün 4 149.3 dollar təşkil edib.

 

Saat 18:52-də isə qızıl fyuçerslərinin qiymətində eniş sürətlənib. Göstərici 4.06% azalaraq 4 145.9 dollara düşüb.

 

Bu, 2026-cı il avqustun 4-dən bəri qeydə alınan ən aşağı qiymətdir.