Comex" birjasında dekabr ayında tədarük ediləcək qızıl fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 4 150 dollardan aşağı düşüb.
Tvit.az xəbər verir ki, bu barədə birjanın ticarət məlumatlarında qeyd olunub.
Bakı vaxtı ilə saat 18:47-də qızılın qiyməti 3.98% azalaraq bir troya unsiyası üçün 4 149.3 dollar təşkil edib.
Saat 18:52-də isə qızıl fyuçerslərinin qiymətində eniş sürətlənib. Göstərici 4.06% azalaraq 4 145.9 dollara düşüb.
Bu, 2026-cı il avqustun 4-dən bəri qeydə alınan ən aşağı qiymətdir.