Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Qazaxıstanın bu ölkəyə yeni təyin olunmuş səfiri Talqat Aduovla tanışlıq görüşü keçirib.
Tv it.az xəbər verir ki, b barədə xaric i media məlmat yayıb.
Görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı, yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti müzakirə olunub. Bu kontekstdə Qazaxıstan Prezidentinin yaxın gələcəkdə Gürcüstana səfər etməsi imkanına da toxunulub.
Tərəflər, həmçinin Orta Dəhlizin inkişafı istiqamətində əməkdaşlığın genişləndirilməsi və ikitərəfli ticarət-iqtisadi əlaqələrin gücləndirilməsi məsələlərini müzakirə ediblər.