Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Rumıniyada COVID-19 pandemiyası zamanı ölənlərin qalıqları olan kütləvi məzarlıq aşkarlanıb
dünya

Rumıniyada COVID-19 pandemiyası zamanı ölənlərin qalıqları olan kütləvi məzarlıq aşkarlanıb

21-09-2026 23:00 17 Views
IMG

Rumıniyanın Slatina şəhərindəki bələdiyyə qəbiristanlığında COVID-19 pandemiyası zamanı ölən insanların qalıqlarının olduğu kütləvi məzarlıq aşkarlanıb.

 

Tvit.az xəbər verir ki, News.ro-nun məlumatına görə, polis qalıqların mənşəyini və insanların ölüm səbəblərini araşdırır. Qazıntılar zamanı yüzlərlə insan sümüyü, həmçinin pandemiya dövründən qalan və tam parçalanmamış cəsədlərin olduğu torbalar aşkarlanıb.

 

Slatina şəhərinin meri Mario De Mezzo cəsədlərin “xüsusi şəkildə” basdırıldığını bildirib. Onun sözlərinə görə, bu hal hadisənin mümkün cinayət motivi ilə bağlı suallar yaradır.

 

De Mezzo Rumıniya İstintaq Komitəsini araşdırmanı ləng aparmaqda ittiham edib. O, hadisə barədə hüquq-mühafizə orqanlarına ilk dəfə sentyabrın 3-də məlumat verdiyini, lakin həmin vaxtdan etibarən heç bir şübhəlinin müəyyən edilmədiyini bildirib.

 

Aysel Şirinova