Çinin BYD şirkəti hər biri 9 200 avtomobil ekvivalenti vahidi (CEU) tutumuna malik 10 əlavə avtomobil daşıyıcısı sifariş edib.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, yeni sifarişlə şirkətin bu tip gəmilərdən ibarət donanmasının 18-ə çatacağı və ümumi tutumun 130 mindən çox CEU olacağı bildirilir.
Gəmilər China Merchants Industry şirkətinin Jinling və Haimen gəmiqayırma zavodlarında inşa ediləcək. Çatdırılmaların 2027–2029-cu illərdə həyata keçirilməsi planlaşdırılır.
Qeyd olunur ki, müqavilənin dəyəri, həmçinin BYD və gəmiqayırma şirkətinin rəsmi açıqlaması barədə məlumat verilməyib.
Aysel Şirinova