Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ digər BYD 9 200 avtomobil tutumlu 10 yeni gəmi sifariş edib
digər

BYD 9 200 avtomobil tutumlu 10 yeni gəmi sifariş edib

15-09-2026 23:00 14 Baxış
IMG

Çinin BYD şirkəti hər biri 9 200 avtomobil ekvivalenti vahidi (CEU) tutumuna malik 10 əlavə avtomobil daşıyıcısı sifariş edib.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, yeni sifarişlə şirkətin bu tip gəmilərdən ibarət donanmasının 18-ə çatacağı və ümumi tutumun 130 mindən çox CEU olacağı bildirilir.

 

Gəmilər China Merchants Industry şirkətinin Jinling və Haimen gəmiqayırma zavodlarında inşa ediləcək. Çatdırılmaların 2027–2029-cu illərdə həyata keçirilməsi planlaşdırılır.

 

Qeyd olunur ki, müqavilənin dəyəri, həmçinin BYD və gəmiqayırma şirkətinin rəsmi açıqlaması barədə məlumat verilməyib.

 

Aysel Şirinova