Rusiya xarici işlər nazirinin müavini Borisenko Səudiyyə Ərəbistanının Moskvadakı səfiri Əs-Sədxan ilə görüşüb.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məluamt yayıb.
Məlumata əsasən, tərəflər Yəməndə və onun ətrafında yaranmış vəziyyəti müzakirə ediblər. Rusiya tərəfi Səudiyyə Ərəbistanının cənub-qərbində mülki və energetika infrastrukturu obyektlərinin atəşə tutulduğu bir fonda hərbi-siyasi vəziyyətin pisləşməsindən narahatlığını ifadə edib.
Rusiya hərbi əməliyyatların tezliklə dayandırılmasına çağırıb və BMT-nin himayəsi altında münaqişə iştirakçıları arasında dialoqun başladılmasına yönəlmiş diplomatik səyləri dəstəkləyib.
Aysel Şirinova