Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Rusiya Yəməndə hərbi əməliyyatları dayandırmağa çağırıb
dünya

Rusiya Yəməndə hərbi əməliyyatları dayandırmağa çağırıb

11-09-2026 23:00 18 Просмотров
IMG

Rusiya xarici işlər nazirinin müavini Borisenko Səudiyyə Ərəbistanının Moskvadakı səfiri Əs-Sədxan ilə görüşüb.

 

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məluamt yayıb.

 

Məlumata əsasən, tərəflər Yəməndə və onun ətrafında yaranmış vəziyyəti müzakirə ediblər. Rusiya tərəfi Səudiyyə Ərəbistanının cənub-qərbində mülki və energetika infrastrukturu obyektlərinin atəşə tutulduğu bir fonda hərbi-siyasi vəziyyətin pisləşməsindən narahatlığını ifadə edib.

 

 Rusiya hərbi əməliyyatların tezliklə dayandırılmasına çağırıb və BMT-nin himayəsi altında münaqişə iştirakçıları arasında dialoqun başladılmasına yönəlmiş diplomatik səyləri dəstəkləyib.

 

Aysel Şirinova