Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya ABŞ müdafiə naziri: “İranla bu mübarizəni sona çatdıracağıq”
dünya

ABŞ müdafiə naziri: “İranla bu mübarizəni sona çatdıracağıq”

11-09-2026 20:00 12 Views
IMG

ABŞ müdafiə naziri Pit Hegseth 11 sentyabr hadisələrinin 25-ci ildönümü ilə bağlı açıqlamasında İranla mübarizəni sona çatdıracaqlarını bildirib.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, Hegseth ABŞ qüvvələrinin Hörmüz boğazına nəzarət etdiyini və iki ölkə arasındakı münaqişənin yeddinci aya qədər uzandığı bir vaxtda İranı məğlub edəcəklərini deyib.

 

“Biz boğaza nəzarət edirik. Bu mübarizəni sona çatdıracağıq”, – deyə Hegseth bildirib.

 

O əlavə edib: “Biz İranın heç vaxt nüvə silahına sahib olmayacağına zəmanət veririk”.

 

Aysel Şirinova