Apple bu ilki iPhone təqdimat tədbirinin 9 sentyabr, çərşənbə günü keçiriləcəyini açıqlayıb.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, tədbirdə şirkətin yeni iPhone modelləri ilə yanaşı, digər məhsullarını da təqdim edəcəyi gözlənilir.
Tədbir Apple-ın ilin ən böyük təqdimatlarından biri olacaq. Şirkətin 9 sentyabrda aşağıdakı məhsulları təqdim edəcəyi gözlənilir:
iPhone 18 Pro
iPhone 18 Pro Max
iPhone Ultra – ilk qatlanan iPhone
Apple Watch Series 12
Apple Watch Ultra 4
AirPods 5
Təqdimatın əsas yeniliklərindən birinin Apple-ın ilk qatlanan smartfonu olacağı gözlənilir. Şirkətin iPhone Ultra adlandırılması ehtimal olunan bu modeli iPhone 18 Pro seriyası ilə birlikdə təqdim edəcəyi bildirilir.
Qatlanan iPhone-un Galaxy Z Fold 8 kimi böyük, planşetə yaxın daxili ekrana sahib olacağı gözlənilir. Cihazda Face ID əvəzinə Touch ID barmaq izi sensorundan istifadə edilə, həmçinin ikili arxa kamera sistemi quraşdırıla bilər. Onun qiymətinin 2 min dollardan başlayacağı və ya daha yüksək olacağı ehtimal edilir.
Bu il Apple-ın iPhone təqdimat strategiyasında da dəyişiklik edəcəyi gözlənilir. Şirkətin sentyabr tədbirində standart iPhone 18 modelini təqdim etməyəcəyi, yalnız iPhone 18 Pro və iPhone 18 Pro Max modellərini nümayiş etdirəcəyi bildirilir. Standart iPhone 18-in isə 2027-ci ilin əvvəlində təqdim olunacağı gözlənilir.
Tədbirdə aşağıdakı məhsulların təqdim edilməsi də istisna edilmir:
iPad mini
M6 çipli iMac
Kameralı AirPods
HomePod mini
Yeni ağıllı ev cihazları
Aysel Şirinova