Bu gün İran prezidenti Məsud Pezeşkian ABŞ ilə müharibəyə son qoyulmasına çağırıb və mümkün razılaşmanın Tehranın təslim olması anlamına gəlməyəcini bildirib.
Tvit.az bu barədə “İSNA” agentliyinə istinadən xəbər verir.
Pezeşkian müharibənin gec-tez başa çatmalı olduğunu deyərək, bunun İranın güclü və nüfuzlu olduğu bir vaxtda baş verməsinin daha yaxşı olduğunu söyləyib.
O, eyni zamanda İranın mümkün yeni hücumlar qarşısında müqavimətdən geri çəkilməyəcəyini və buna sərt cavab verəcəyini bildirib.
Elmin Alışov