İsmayıllıda məişət zəmnində zəhərlənmə hadisəsi baş verib.
Tvit.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Qeyd olunub ki, hadisəsi ilə bağlı AQTA mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb.
İlkin araşdırma zamanı məlum olub ki, hadisə rayonunun Hacıhətəmli kəndində həyətyanı sahədə təşkil edilən toy məclisində baş verib.
24 nəfər zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Hazırda xəstələrin vəziyyəti yaxşıdır, ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Agentliyin əməkdaşları nümunələr götürərək müayinələrə başlayıb, araşdırmaların nəticələrinə uyğun tədbirlər görüləcək.