Livanın xarici işlər naziri Yusif Rəcci İran rəsmilərini ölkənin daxili işlərinə müdaxilə etməyi dayandırmağa çağırıb.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, nazir “X” hesabında “Ən-Nəhar” qəzetinə verdiyi müsahibədən bəzi hissələri paylaşaraq bildirib ki, İranın Livandakı diplomatik nümayəndəliyi ilə normal münasibətlər yalnız Tehran müəyyən edilmiş diplomatik prosedurlara uyğun olaraq Livan dövlətinin qərarlarına əməl etdikdən sonra bərpa edilə bilər.
“İran rəsmiləri Livanın daxili işlərinə müdaxiləni dayandırmalıdırlar. Bunun son nümunəsi İran parlamentinin sədri Məhəmməd Bağır Qalibafın açıqlamalarıdır”, – deyə Rəcci bildirib.
Aysel Şirinova