Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport "Arsenal"dan "Qalatasaray"a TARİXİ TƏKLİF: Osimhenin əvəzinə ulduz futbolçu və 30 milyon avro
sport

"Arsenal"dan "Qalatasaray"a TARİXİ TƏKLİF: Osimhenin əvəzinə ulduz futbolçu və 30 milyon avro

04-08-2026 17:00 33 Views
IMG

İngiltərənin "Arsenal" klubu "Qalatasaray"ın hücumçusu Viktor Osimheni transfer etmək üçün maraqlı təklif hazırlayıb.

 

Tvit.az "HT Spor"a istinadən xəbər verir ki, London təmsilçisi nigeriyalı futbolçunu heyətinə qatmaq məqsədilə İstanbul klubuna isveçli hücumçu Viktor Gyökereşi və əlavə 30 milyon avro təklif edib.

 

Məlumata görə, "Arsenal" Osimheni yay transfer dövrünün əsas hədəflərindən biri hesab edir və bu keçidi reallaşdırmaq üçün futbolçu mübadiləsini də əhatə edən variant üzərində çalışır.


Hazırda tərəflər arasında danışıqların davam etdiyi bildirilir. "Qalatasaray" rəhbərliyinin bu təklifə necə cavab verəcəyi isə hələlik məlum deyil.