Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home OTHER Çin avtomobilləri Avstraliya bazarına hakim olacaq – 2035-ci il üçün iddialı proqnoz
OTHER

Çin avtomobilləri Avstraliya bazarına hakim olacaq – 2035-ci il üçün iddialı proqnoz

30-07-2026 23:00 9 Views
IMG

Çin avtomobil istehsalçılarının Avstraliya bazarındakı payının yaxın on ildə əhəmiyyətli dərəcədə artacağı proqnozlaşdırılır.

 

Tvit.az xəbər verir ki, Avstraliya Avtomobil Dilerləri Assosiasiyasının (AADA) yeni hesabatına əsasən, 2035-ci ilə qədər Çin brendlərinin ölkənin yeni avtomobil bazarındakı payı 58%-ə çatacaq. Bu, ildə təxminən 900 min yeni avtomobil satışına bərabərdir.

 

Məlumata görə, artıq 2026-cı ilin iyun ayında Çin istehsalı olan avtomobillər Avstraliyada yeni avtomobil satışlarının 35,5%-ni təşkil edib.

 

AADA bildirir ki, son satış göstəriciləri Çin avtomobillərinə keçidin əvvəlki proqnozlardan daha sürətlə baş verdiyini göstərir. Bu səbəbdən təşkilatın yeni qiymətləndirməsi əvvəlki proqnozları üstələyir. Belə ki, Avstraliya Beynəlxalq İqtisadiyyat Mərkəzi daha əvvəl 2035-ci il üçün Çin brendlərinin bazar payını 43% səviyyəsində qiymətləndirmişdi.

 

AADA-nın baş icraçı direktoru Ceyms Vortman bildirib ki, iyun ayı üzrə satış nəticələri xüsusilə Çin istehsalçılarının liderliyi ilə elektrikli avtomobillərə keçidin gözləniləndən daha sürətlə baş verdiyini göstərir.

 

Aysel Şirinova