Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Bakıda taksidən 9300 manatlıq qızıl oğurlandı
turizm

Bakıda taksidən 9300 manatlıq qızıl oğurlandı

06-07-2026 15:00 14 Views
IMG

Bakıda avtomobildən külli miqdarda qızıl oğurlanıb.

 

Tvit.az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Rayon ərazisində taksi fəaliyyəti göstərən BYD markalı avtomobildən 9 300 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

 

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, T.Hacıyev müəyyən edilərək saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin əyləşdiyi taksidə özündən əvvəlki müştərinin unutduğu qızılları oğurladığı məlum olub.

 

Faktla bağlı araşdırma aparılır.