Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Anar Bayramovdan yeni təyinat
sosial

Anar Bayramovdan yeni təyinat

03-07-2026 22:00 14 Views
IMG

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yeni departament müdiri təyin edilib.

 

Tvit.az Qaynarinfo-ya istinadən xəbər verir ki, TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin rəhbəri vəzifəsinə Şahin Cavanşir oğlu Hüseynov təyin olunub.

 

Bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov əmr imzalayıb. 

 

Qeyd edək ki, TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin rəhbəri Orxan Ənvərli ötən ay vəzifəsindən azad edilib.