Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Xorvatiya MN-in nümayəndə heyəti Azərbaycandadır
siyasət

Xorvatiya MN-in nümayəndə heyəti Azərbaycandadır

03-07-2026 10:00 28 Views
IMG

Ölkəmizdə səfərdə olan Xorvatiya Respublikasının Müdafiə Nazirliyinin Müdafiə Akademiyasının dekanı polkovnik Goran Huljev, "Katarina Zrinska" adına Xarici Dillər Mərkəzinin direktoru xanım İrina Prifi Duriç və digər nümayəndə heyəti Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunu və Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət ediblər.

 

Müdafiə Nazirliyindən Tvit.az-a verilən məlumata görə, keçirilən görüşlərdə Azərbaycan ilə Xorvatiya arasında hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri, hərbi kadrların hazırlanması, qarşılıqlı təcrübə mübadiləsi və gələcək birgə fəaliyyət istiqamətləri müzakirə olunub.

 

Nümayəndə heyətinə hər iki təhsil müəssisəsinin tarixi, tədris prosesi və maddi-texniki bazası barədə ətraflı məlumat verilib, qonaqlar tədris infrastrukturu ilə yaxından tanış olublar.

 

Səfər çərçivəsində hər iki ölkənin nümayəndələri hərbi təhsil sistemi və təhsil müəssisələrinin fəaliyyəti, eləcə də bu sahədə tətbiq olunan müasir yanaşmalar barədə qarşılıqlı brifinqlər təqdim edib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.