Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Azərbaycan və Çad ticarət sahəsində əməkdaşlığı müzakirə edib
siyasət

Azərbaycan və Çad ticarət sahəsində əməkdaşlığı müzakirə edib

16-06-2026 21:00 18 Views
IMG

Azərbaycan və Çad Respublikası arasında ticarət, investisiya və enerji sahələrində əməkdaşlıq potensialının reallaşdırılması imkanları müzakirə edilib.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında yazıb.

Müzakirələr nazirin İslam İnkişaf Bankı (IsDB) Qrupunun illik toplantıları çərçivəsində Çadın dövlət naziri, maliyyə, büdcə, iqtisadiyyat, planlaşdırma və beynəlxalq əməkdaşlıq naziri Tahir Hamid Nguilin ilə görüşündə baş tutub.