Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Temperatur 31 dərəcəyə yüksələcək
sosial

Temperatur 31 dərəcəyə yüksələcək

03-06-2026 13:00 12 Views
IMG

Bakıda və Abşeron yarımadasında iyunun 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Tvit.az-a verilən məlumata görə, şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 12-16° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 65-75%, gündüz 50-55% təşkil edəcək.

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 14-18° isti, gündüz 26-31° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20°, bəzi yerlərdə 24-26° isti olacaq.