Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Zakir Həsənov Gürcüstanda hərbi obyektlərdə olub
siyasət

Zakir Həsənov Gürcüstanda hərbi obyektlərdə olub

02-06-2026 19:00 12 Views
IMG

Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bir sıra hərbi obyektlərdə olub. 

 

Tvit.az xəbər verir ki, səfər proqramına uyğun olaraq, müdafiə naziri Gürcüstanın baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani və Müdafiə Qüvvələri komandanı general-mayor Giorgi Matiaşvili ilə birlikdə mayor Gela Çedia adına Xüsusi Əməliyyatlar Komandanlığının Muxrovanidəki bazasında olub.

 

Hərbi baza barədə ətraflı məlumat verildikdən sonra Azərbaycan nümayəndə heyəti burada yaradılan şəraitlə tanış olub və silahlara baxış keçirib.