Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Türkiyədə 850 polis əməkdaşının iştirakı ilə narkotik əməliyyatı keçirildi - 78 nəfər saxlanıldı
dünya

Türkiyədə 850 polis əməkdaşının iştirakı ilə narkotik əməliyyatı keçirildi - 78 nəfər saxlanıldı

20-05-2026 22:00 14 Views
IMG

Türkiyədə Van mərkəzli 11 vilayətdə narkotik vasitələrin küçə satıcılarına qarşı genişmiqyaslı “Narkokapan Van” əməliyyatı keçirilib. Əməliyyat zamanı 78 şübhəli saxlanılıb.

 

Van Polis İdarəsi tərəfindən, Van Respublika Prokurorluğu və Van Baş Prokurorluğu ilə koordinasiyalı şəkildə həyata keçirilən əməliyyat Narkotik Cinayətlərlə Mübarizə İdarəsi tərəfindən idarə olunub. Ümumilikdə 102 şübhəlinin hədəf alındığı əməliyyat 11 vilayətdə eyni vaxtda keçirilib.

 

Məlumata görə, təxminən 3 ay davam edən fiziki və texniki müşahidədən sonra 850 polis əməkdaşının iştirakı ilə təşkil olunan əməliyyat nəticəsində 78 nəfər saxlanılıb. Hazırda digər şübhəlilərin tutulması istiqamətində tədbirlər davam etdirilir.

 

Ozan Balcı Van Polis İdarəsində keçirilən mətbuat konfransında bildirib ki, əməliyyat narkotiklərlə mübarizə çərçivəsində qədim Van şəhərində həyata keçirilən ən genişmiqyaslı tədbirlərdən biridir.

 

O qeyd edib ki, Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın göstərişlərinə uyğun olaraq narkotiklərlə mübarizə siyasəti çərçivəsində vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, gənclərin qorunması və cinayətkar qrupların fəaliyyətinin qarşısının alınması istiqamətində tədbirlər fasiləsiz davam etdirilir.

 

Balcının sözlərinə görə, aylarla davam edən araşdırma zamanı şübhəlilər fiziki, texniki və analitik üsullarla izlənilib, onların narkotik ticarəti fəaliyyəti və cinayət əlaqələri detallı şəkildə araşdırılıb.

 

O həmçinin vurğulayıb ki, əməliyyatda 850 polis əməkdaşı, 176 əməliyyat qrupu və xüsusi təlim keçmiş detektor itləri iştirak edib. Araşdırmalar zamanı saxlanılan şəxslərin narkotik qaçaqmalçılığı ilə yanaşı, soyğunçuluq, yaşayış yerinin toxunulmazlığının pozulması, silahlı təhdid, əmlaka zərər vurma, qəsdən sağlamlığa zərər yetirmə və oğurluq kimi müxtəlif cinayətlərdə iştirak etdikləri müəyyən olunub.

 

Aysel Şirinova