Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Sahibə Qafarova Rusiyaya getdi
siyasət

Sahibə Qafarova Rusiyaya getdi

20-05-2026 18:00 42 Views
IMG

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının (MDB PA) Şura iclası və 60-cı plenar iclasında iştirak etmək məqsədilə Rusiya Federasiyasına işgüzar səfərə gedib.

 

Bu barədə "Tvit.az"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.