Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Arvadının saçını qırxıb, ona əzab verən şəxs həbs edildi
turizm

Arvadının saçını qırxıb, ona əzab verən şəxs həbs edildi

19-05-2026 19:00 57 Views
IMG

Həyat yoldaşının saçını qırxıb ona əzab verməkdə ittiham olunan Tamerlan Məmmədovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

 

"Tvit.az" xəbər verir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, Nərimanov Rayon Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. 

 

Hökmə əsasən, Tamerlan Məmmədov 2 il müddətinə azadlıqdan məhrum edilib. 

 

Ona qarşı Cinayət Məcəlləsinin 133.2.6-cı (əzab vermə - işgəncə verməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.