Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Bakı–Qəbələ-Bakı marşrutu ikitərəfli hərəkət edəcək
sosial

Bakı–Qəbələ-Bakı marşrutu ikitərəfli hərəkət edəcək

18-05-2026 17:00 62 Views
IMG

Yay mövsümünə keçidlə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə səfərlər iyunun 6-dan etibarən şənbə və bazar günləri ikitərəfli qaydada təşkil olunacaq.

 

Tvit.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.

 

Məlumata görə, həftəsonları qatarlar həm Bakıdan Qəbələyə, həm də əks istiqamətdə hərəkət edəcək.

 

Sərnişinlər biletləri ADY-nin rəsmi saytı, “ADY Mobile” tətbiqi və dəmiryol kassaları vasitəsilə əldə edə bilərlər.