Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport PSJ-nin mətbuat konfransında gərginlik: Luis Enrikedən gözlənilməz reaksiya
sport

PSJ-nin mətbuat konfransında gərginlik: Luis Enrikedən gözlənilməz reaksiya

18-05-2026 14:00 63 Views
IMG

PSJ-nin baş məşqçisi Luis Enrike "Paris" klubu ilə derbidəki məğlubiyyətlərlə bağlı verilən suala sərt reaksiya göstərərək mətbuat konfransını vaxtından əvvəl tərk edib.

 

Tvit.az "Footmercato" nəşrinə istinadən xəbər verir ki, jurnalist ispan mütəxəssisə müraciət edərək, "Bu mövsüm "Paris"ə iki dəfə məğlub oldunuz, ona görə də..." - deyə sual verməyə çalışıb.

 

Lakin o, fikrini tamamlamağa macal tapmamış PSJ-nin baş məşqçisi dərhal onun sözünü kəsib: "Yenə, yenə, çox sağ olun!" Bu qısa və kəskin cavabdan sonra Luis Enrike mətbuat konfransının keçirildiyi zalı dərhal tərk edib.

 

Xatırladaq ki, Fransa çempionatının 34-cü turunun qarşılaşmasında PSJ "Paris"ə 1:2 hesabı ilə məğlub olub. Bundan əlavə, Fransa nəhəngi ölkə kubokunun 1/16 final mərhələsində də liqanın debütantına məğlub olmuşdu (0:1).

 

Qeyd edək ki, PSJ Liqa 1-də mövsümü 34 oyundan topladığı 76 xalla turnir cədvəlinin zirvəsində başa vurub. "Paris" isə mövsüm ərzində qazandığı 44 xalla çempionatı 11-ci pillədə yekunlaşdırıb.