Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Estoniya Hörmüzə qoşun göndərə bilər
dünya

Estoniya Hörmüzə qoşun göndərə bilər

15-05-2026 09:00 30 Views
IMG

Estoniya Hörmüzə qoşun, sualtı robot və ya mina gəmisi göndərə bilər.

 

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 

Məlumata əsasən, Estoniya hökuməti Hörmüz boğazında naviqasiyanın bərpasını təmin etmək üçün beynəlxalq missiyada iştirak etmək üçün üç variantı nəzərdən keçirir: qərargah zabitləri, sualtı robot qrupları və ya minaaxtaran gəmi göndərmək.

 

Baltikyanı respublikanın müdafiə naziri Hanno Pevkurun sözlərinə görə, seçim kontingentin ölçüsündən və kabinetlə Riigikogu (parlament) arasında gələcək danışıqların gedişatından asılıdır.

 Nazir bildirib ki, "Əgər qərargah zabitlərindən danışırıqsa, onların sayı çox olmayacaq. Əgər söhbət sualtı robot üçün heyətdən gedirsə, onda 10 nəfərdən az adama ehtiyac olacaq. Əgər söhbət gəmi heyətindən gedirsə, onda bu rəqəm xeyli çox olacaq, çünki söhbət dəstək heyəti ilə birlikdə bütöv bir gəmidən, yəni 40-60 nəfərdən gedir".

 

Aysel