Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Avroviziya musiqi ilə əlaqəsi olmayan yarışmadır - Prodüser
dünya

Avroviziya musiqi ilə əlaqəsi olmayan yarışmadır - Prodüser

13-05-2026 22:00 15 Views
IMG

 Avroviziya Mahnı Müsabiqəsi çoxdandır ki, musiqi ilə heç bir əlaqəsi olmayan bir yarışmaya çevrilib.

 

Tvit.az xəbər verir ki, bu fikirləri rus prodüser İosif Priqojin  deyib.

 

Belə ki, prodüser mediaya verdiyi müsahibəsində  incəsənətin də idman kimi insanları birləşdirdiyini, lakin Avroviziyanın bura daxil edilmədiyini bildirib.

 

Onun sözlərinə görə, Avroviziya Mahnı Müsabiqəsi siyasiləşdirilib. Bəzi ölkələrə yarışmada iştirak etməyə icazə verilir, digərlərinə isə qadağa qoyulur.

 

“Bu müsabiqə, ümumiyyətlə, çoxdan mənasız bir şeyə çevrilib və musiqi ilə heç bir əlaqəsi yoxdur”, - deyə İosif Priqojin vurğulayıb.

 

Aysel Şirinova