"Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatına tamhüquqlu üzv olması üçün Azərbaycan və Türkiyənin böyük dəstəyi var. Bu mühüm dəstək bizə güc verir, mübarizə əzmimizi gücləndirir".
Tvit.az xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikası Məclisinin sədri Ziya Öztürklər Milli Məclisdə iki ölkənin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun 13-cü iclasında deyib.
"Bizim gücümüz eyni dili, dini və soyu paylaşdığımız türk dünyası ilə aramızda əsrilik tarixi və mədəni bağların olmasından qaynaqlanır. Bu baxımdan, görüşə ev sahibliyi edən Azərbaycana ürəkdən təşəkkür edirəm", - deyə məclis sədri vurğulayıb.