Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Belarus və Azərbaycan tikinti sahəsində irimiqyaslı layihələr reallaşdıracaqlar
siyasət

Belarus və Azərbaycan tikinti sahəsində irimiqyaslı layihələr reallaşdıracaqlar

09-04-2026 14:00 17 Views
IMG

Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) nümayəndə heyəti Belarus memarlıq və tikinti naziri Aleksandr Studnevlə görüşüb. Görüş zamanı nazir Azərbaycanla tikinti sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb və iki ölkə rəhbərləri arasında formalaşan etibarlı tərəfdaşlığın əməkdaşlığa güclü təkan verdiyini qeyd edib. Görüşün nəticəsi olaraq Belarus Respublikası İnşaatçılar İttifaqı ilə ATİA arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum memarlıq və tikinti sahəsində sistemli əməkdaşlığı və irimiqyaslı birgə layihələr üçün hüquqi bazanı təmin edir.

Bundan sonra nümayəndə heyəti Belarus Tikinti İttifaqının ofisində B2B formatında görüşlərdə iştirak edib, "Belstroysentr", Baş Dövlət Tikinti Ekspertizası, Belarus Elmi-Tədqiqat və Layihə Şəhərsalma İnstitutu və "Belqosproyekt" ilə müzakirələr aparıb.

Qeyd edək ki, səfər ATİA İdarə Heyətinin sədri Ramiz İsayevin başçılığı ilə reallaşdırılıb. Assosiasiyanın rəhbər heyəti və üzv şirkətlər - "Crystal Group of Companies" ASC, "Unimetal" MMC, "Fəxrəddin-K" MMC, "İzo Fasad" MMC Belarus Respublikasının aidiyyəti dövlət qurumları ilə bir sıra görüşlər keçirib. Görüşlər zamanı tikinti sənayesinin inkişafı, şəhərsalma, layihələndirmə, ekspertiza fəaliyyəti, istehsal imkanları, innovativ texnologiyalar və institusional əməkdaşlıq istiqamətləri üzrə geniş fikir mübadiləsi aparılıb.