Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət XİN başçısı: İranda vətəndaşları olan 50-dən çox ölkə təxliyə üçün Azərbaycana müraciət edib
siyasət

XİN başçısı: İranda vətəndaşları olan 50-dən çox ölkə təxliyə üçün Azərbaycana müraciət edib

06-03-2026 14:00 54 Views
IMG

İranda vətəndaşları olan 50-dən çox ölkə təxliyə üçün Azərbaycana müraciət edib.

 

Tvit.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Mixay Popşoi ilə birgə Bakıda mətbuat üçün keçirdiyi brifinqdə deyib.

 

Onun sözlərinə görə, bu müraciətlər Nazirlər Kabinetinə təqdim edilir və təxliyə cəmi bir neçə saata həyata keçirilir:

 

"Yaxın Şərqdə hərbi eskalasiya fərqli risk faktorları yaradır. Azərbaycan Xarici İşlər Nazirliyinin bütün struktur bölmələri məsələ ilə bağlı ilk günlərdən gücləndirilmiş iş rejiminə keçib. Hətta ilk fürsətdə oradakı vətəndaşların təxliyəsi həyata keçirilir. Beş ölkə üzrə (BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt və Bəhreyn) təxminən 1000-ə yaxın müraciət daxil olub".


C.Bayramov həmçinin xatırladıb ki, martın 7-də Ciddədən Azərbaycan vətəndaşlarının növbəti təxliyəsi həyata keçiriləcək:

 

"Martın 4-də Səudiyyə Ərəbistanının Ciddə şəhəri istiqamətində AZAL-ın xüsusi reysi ilə 209 nəfər təxliyə olunub. Onlardan 193-ü Azərbaycan vətəndaşı olub. Qətərdə qalan vətəndaşlarımız da var və buna görə martın 7-də Ciddədən növbəti təxliyə reysi planlaşdırılır. Bütövlükdə bütün proses nəzarət altındadır və aidiyyəti üzrə daim əlaqədəyik".