Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Azərbaycan Prezidenti bolqarıstanlı həmkarına məktub göndərdi
siyasət

Azərbaycan Prezidenti bolqarıstanlı həmkarına məktub göndərdi

03-03-2026 11:00 16 Views
IMG

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotovaya təbrik məktubu göndərib.

 

Tvit.az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:

 

"Bolqarıstan Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

 

Azərbaycan ilə Bolqarıstan arasında ənənəvi dostluq və strateji tərəfdaşlıq münasibətlərinin bugünkü səviyyəsi bizi sevindirir. İkitərəfli münasibətlərimiz qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edir, müxtəlif sahələri əhatə edən əməkdaşlığımız gündən-günə genişlənir və yeni məzmunla zənginləşir.

 

Yüksək səviyyəli siyasi əlaqələrimiz iqtisadi-ticari, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığımız üçün yaxşı zəmin yaradır. Əməkdaşlığımızın prioritet istiqamətlərindən olan enerji sektorunda nümayiş etdirdiyimiz fəal işbirliyi təqdirəlayiqdir.

 

Bu yaxınlarda Münxendə Sizinlə görüşümüzü və Azərbaycan-Bolqarıstan əlaqələrinin inkişaf perspektivlərinə dair apardığımız fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayıram.

 

İnanıram ki, mövcud imkanlardan yararlanaraq dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.


Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Bolqarıstan xalqına daim rifah və firavanlıq arzulayıram".