Xaçmaz Rayon İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib.
"Tvit.az" xəbər verir ki, bununla bağlı Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Şahbazov Fuad Nəzər oğlu başçının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Fuad Şahbazov bundan əvvəl Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.


