Futbol üzrə Misli Premyer Liqasında XXI tura start verilib.
Tvit.az xəbər verir ki, açılış oyununda "Zirə" "Turan Tovuz"un qonağı olub. "Azərsun Arena"da keçirilən görüş Tovuz klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hər iki qol birinci hissədə vurulub. Görüşün 11-ci dəqiqəsində Filip Ozobiç fərqlənib. Səkkiz dəqiqə sonra isə Jorje Silva ikinci qola imza atıb.
Xallarını 37-yə çatdıran bölgə təmsilçisi 3-cü pilləyə yüksəlib. “Qartallar” isə 35 xalla 4-cü yerdədir.
Qeyd edək ki, günün digər matçı Sumqayıtda eyniadlı komanda ilə “Qəbələ” arasında keçirilir.