Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman “Turan" "Zirə"yə qalib gəldi, "Qəbələ" Sumqayıtda...
idman

“Turan" "Zirə"yə qalib gəldi, "Qəbələ" Sumqayıtda...

20-02-2026 20:00 15 Baxış
IMG

Futbol üzrə Misli Premyer Liqasında XXI tura start verilib.

 

Tvit.az xəbər verir ki, açılış oyununda "Zirə" "Turan Tovuz"un qonağı olub. "Azərsun Arena"da keçirilən görüş Tovuz klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Hər iki qol birinci hissədə vurulub. Görüşün 11-ci dəqiqəsində Filip Ozobiç fərqlənib. Səkkiz dəqiqə sonra isə Jorje Silva ikinci qola imza atıb.

 

Xallarını 37-yə çatdıran bölgə təmsilçisi 3-cü pilləyə yüksəlib. “Qartallar” isə 35 xalla 4-cü yerdədir.

 

Qeyd edək ki, günün digər matçı Sumqayıtda eyniadlı komanda ilə “Qəbələ” arasında keçirilir.