Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Baykal gölündə bədbəxt hadisə: Avtomobil suda batdı, ölən var
dünya

Baykal gölündə bədbəxt hadisə: Avtomobil suda batdı, ölən var

20-02-2026 14:00 22 Views
IMG

Baykal gölündə turistləri buzun üzəri ilə daşıyan avtomobil batıb.

 

Tvit.az xəbər verir ki, bu barədə Rusiya telegram kanalları məlumat yayıb.

 

Məlumata əsasən, içərisində doqquz nəfərin olduğu "UAZ" markalı avtomobil qəfildən buzun qırılması nəticəsində suya qərq olub. İlkin məlumatlara görə, qəza nəticəsində həyatını itirənlər var.

Faktla bağlı İrkutsk vilayəti üzrə istintaq orqanları tərəfindən cinayət işi başlanılıb.

Qeyd edək ki, bənzər hadisə daha əvvəl də baş verib.

 

Aysel Şirinova