Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Azərbaycana səfərim möhtəşəm idi - Vens
siyasət

Azərbaycana səfərim möhtəşəm idi - Vens

11-02-2026 19:00 18 Views
IMG

Azərbaycana səfər etdiyim üçün çox şadam.


Tvit.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycana səfərini başa vuran ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens aeroportda jurnalistlərə açıqlamasında bildirib.

 

O, Azərbaycan Prezidenti ilə bir sıra əhəmiyyətli məsələləri müzakirə etdiyini diqqətə çatdırıb.

 

Vens ABŞ Prezidenti Donald Trampın liderliyi sayəsində Cənubi Qafqazda müharibə əvəzinə əmin-amanlığın olacağına, ticarətin aparılacağına diqqət çəkib.

 

ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərini möhtəşəm adlandırıb və bunun üçün Prezident İlham Əliyevə təşəkkür edib.

 

Azərbaycan Prezidentini nüfuzlu dünya lideri adlandıran Vens dövlət başçısı ilə regional və qlobal məsələləri, eyni zamanda, terrorla mübarizəni müzakirə etdiyini vurğulayıb.

 

“Beləliklə, bu, əla bir səfər idi”, - Vens əlavə edib.