Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Azərbaycan BƏƏ ilə qarşılıqlı investisiyaların artırılmasını müzakirə edib
siyasət

Azərbaycan BƏƏ ilə qarşılıqlı investisiyaların artırılmasını müzakirə edib

11-02-2026 18:00 24 Views
IMG

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında qarşılıqlı investisiyaların artırılması müzakirə edilib.

 

Tvit.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

 

"Əbu-Dabi Əmirliyinin Bələdiyyələr və Nəqliyyat Departamentinin sədri Məhəmməd Əli Əl Şorafanın rəhbərlik etdiyi nümayəndə heyətini ölkəmizdə qarşılamaq xoş oldu. Azərbaycan - BƏƏ ikitərəfli əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini məmnunluqla vurğulayaraq, birgə layihələrin perspektivlərini, nəqliyyat, infrastruktur, "yaşıl enerji", rəqəmsallaşma, ticarət və biznes sahələrində əməkdaşlığın təşviqini, qarşılıqlı investisiyaların artırılmasını müzakirə etdik", - deyə nazir qeyd edib.