İranın müdafiə naziri Əmir Nəsirzadə ölkənin düşmənlərin istənilən təhdidinə onların təsəvvür edə bilməyəcəyi səviyyədə cavab verməyə tam hazır olduğunu bəyan edib.
Tvit.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
“Əvvəlki illərin heç birində bu qədər kütləvi iştirak görməmişəm. Onların iştirakı istənilən bomba və ya raketdən daha güclüdür. Biz tam güclə və düşmənlərimizin təsəvvür belə edə bilməyəcəyi şəkildə cavab verəcəyik", - deyə nazir Tehranın Azadi meydanında İslam İnqilabının qələbəsinin 47-ci ildönümü münasibətilə keçirilən yürüşdə çıxış edərkən bildirib.
Aysel Şirinova