ABŞ hökuməti İranın neftini daşıyan tankerləri müsadirə etməyi nəzərdən keçirir, ancaq bunun mümkün nəticələrindən ehtiyat edir.
Tvit.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
Məlumata görə, bu variant Ağ Ev tərəfindən İranı nüvə proqramını məhdudlaşdıran yeni saziş imzalamağa məcbur etmək üçün müzakirə olunan bir neçə seçimdən biridir. Ancaq bu addım ciddi müqavimətlə üzləşir və müəyyən risklər daşıyır.
Elmin Alışov