ABŞ öz hegemonluğunu qurmağa və nüvə tərksilahı sahəsindəki məsuliyyətlərindən yayınmağa çalışır.
Tvit.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Çin xarici işlər nazirliyinin sözçüsü Lin Jian bildirib.
“Vaşinqton Çinin nüvə siyasətini təhrif etməyə və ləkələməyə davam edir. Bu siyasət ABŞ tərəfindən nüvə hegemonluğuna nail olmaq və nüvə tərksilahına görə öz məsuliyyətindən yayınmaq üçün siyasi manipulyasiyadır”,- deyə sözçü vurğulayıb.
Elmin Alışov