Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Putin Cənubi Afrika Prezidenti ilə telefonla danışdı
dünya

Putin Cənubi Afrika Prezidenti ilə telefonla danışdı

10-02-2026 15:00 16 Views
IMG

Rusiya Prezidenti Vladimir Putin Cənubi Afrika Respublikasının Prezidenti Cyril Ramafosa ilə telefonla danışıb. 

 

Tvit.az xəbər verir ki, bu barədə Kreml bildirib.

 

Söhbət zamanı Rusiya Prezidenti Moskvanın Ukraynadakı münaqişənin siyasi və diplomatik həllinə yönəlmiş səylərini dəstəklədiyini bildirib. Putin və Ramaphosa həmçinin ticarət, iqtisadi və investisiya sahələrində qarşılıqlı faydalı əməkdaşlığın inkişafını müzakirə ediblər.

 

Prezidentlər iki dövlətin yanaşmalarının, o cümlədən G20 və BRICS çərçivəsində əlaqələndirilməsinin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

 

Aysel Şirinova