Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Makron: Trampa qarşı münasibətlərə hörmət göstərirəm
dünya

Makron: Trampa qarşı münasibətlərə hörmət göstərirəm

10-02-2026 13:00 14 Views
IMG

Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampla münasibətlərində hörmət göstərdiyini, lakin zəiflik göstərmədiyini bildirib.


Tvit.az xəbər verir ki, o, bu barədə “Süddeutsche Zeitung” qəzetinə verdiyi müsahibəsində deyib.


“Mən hər şeyə peşəkarcasına yanaşıram. Buna görə də həmişə hörmətcil, proqnozlaşdırıla bilənəm, amma zəif deyiləm. Mən heç vaxt ABŞ-ı, onun xalqını və ya rəhbərliyini təhqir etməmişəm, heç vaxt. Həmçinin onları lağa qoymuram, çünki ABŞ-ı çox böyük demokratiya hesab edirəm”,- deyə Makron vurğulayıb.


Elmin Alışov