Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya ABŞ qlobal iqtisadiyyatda nüfuzunu və çəkisini itirir - Rusiya
dünya

ABŞ qlobal iqtisadiyyatda nüfuzunu və çəkisini itirir - Rusiya

09-02-2026 10:00 12 Views
IMG

Amerika Birləşmiş Ştatları obyektiv olaraq dünya iqtisadiyyatındakı iqtisadi təsirini və çəkisini itirir.

 

Tvit.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib.

 

"Amerika Birləşmiş Ştatları artıq obyektiv olaraq iqtisadi təsirini, dünya iqtisadiyyatındakı çəkisini itirir. Eyni zamanda, Çin Xalq Respublikası, Hindistan, Braziliya kimi ölkələr yüksəlir. Afrika qitəsində maraqlı proseslər baş verir, çünki afrikalılar getdikcə təbii sərvətlərini ixrac üçün vermək istəmirlər, öz sənayelərini qurmaq istəyirlər və Sovet İttifaqı bu sahədə onlara kömək etməyə başlayıb", - deyə Lavrov qeyd edib.

 

Aysel Şirinova