Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Bu barədə "Tvit.az"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında, Xızı, Qobustan, Şamaxı, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Gədəbəy, Daşkəsəndə sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.